Xəsislik edən komanda yoldaşlarını "bağışladı": "problem deyil, növbəti dəfə..."

5 Fevral 23:00 Sumqayıt 150
Xəsislik edən komanda yoldaşlarını "bağışladı": "problem deyil, növbəti dəfə..."

"Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom Premyer Liqanın 18-ci turunda "Karvan-Yevlax"ı məğlub etdikləri (2:0) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə nələr deyə bilərsən?

- Özünəinam qazanmaq üçün ən vacib olan 3 xal qazanmağımızdır və belə davam etməliyik.

- "Sumqayıt" yenidən medalçılar sırasına yaxınlaşdı. Mövsümü ilk üçlükdə bitirmək şanslarını necə görürsən?

- Hər oyunda yaxşı oynamalıyıq. Hər oyun bizim üçün vacibdir və mövsümün sonunda harada bitirəcəyimizi görəcəyik.

- Son 5 görüşdə fərqlənməyinə nə mane olur?

- Ən vacibi komandanın qələbəsidir, qollar gələcək.

- Yevlaxda komanda yoldaşların bir neçə epizodda sanki sənə ötürmə verməməklə xəsislik etdilər. İncik deyilsən?

- Biz komanda yoldaşlarıyıq. O məni görmədi, problem deyil. Növbəti dəfə o məni görəcək, biz qalib gələcəyik.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi