Yığmanın sabiq müdafiəçisini “qara siyahı”ya saldı - Bəlkə icarəyə verək?

16:40 Sumqayıt 212
Yığmanın sabiq müdafiəçisini “qara siyahı”ya saldı - Bəlkə icarəyə verək?

Pedro Pinto ilə vidalaşan «Sumqayıt»ın baş məşqçisi Saşa İliç daha bir müdafiəçinin buradan ayrılmasına tərəfdardır.

Serbiyalı mütəxəssis Höccət Haqverdinin performansından şikayətini rəhbərliyə çatdırıb.

Əslən iranlı arpxa xətt oyunçusunun Premyer Liqanın son turunda «Karvan»a qarşı forma geyinməməsinin yeganə səbəbi də budur.

18-ci tur çərçivəsində Yevlaxda keçirilən matçı ehtiyat skamyadan izləyən millimizin sabiq üzvü İliçin «qara siyahı»sındadır.

Balkanlı çalışdırıcı hesab edir ki, Höccət onun taktiki baxışlarına cavab vermir, üstəlik, fiziki cəhətdən ağırdır, forma yığmağa cəhd göstərmir.

Digər tərəfdən isə işinə barmaqarası yanaşır, məşqlərdə fəallığı ilə seçilmir. İliçin istəyi onun icarəyə verilməsidir.

"Kimyaçılar" ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb. 2025-ci ilin sentyabrında bura geri dönən müdafiəçiyə "3" nömrəli forma təslim edilib.

2020/21 mövsümündə "Sumqayıt"la bürünc medal qazanan Haqverdi 1,5 mövsüm klubun şərəfini qoruyub.

"Gənclik şəhəri" təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla, ümumilikdə 49 matça çıxan mərkəz oyunçusu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti