Yeni transferin kənarda qalması səbəbsiz deyilmiş - Problem var

28 Yanvar 22:20 Sumqayıt 1 006
Yeni transferin kənarda qalması səbəbsiz deyilmiş - Problem var

"Sumqayıt"ın qış fasiləsində heyətinə qatdığı sonuncu transfer Danilo Beskorovaynıy oldu.

Amma 26 yaşlı legioneri Premyer Liqanın 17-ci turunda "Turan Tovuz"la görüşdə meydanda görmədik.

Ukraynalı futbolçunun adı heç oyunun protokolunda da yer almırdı.

Müdafiəsində ciddi boşluqlar olan "kimyaçılar"da Danilonun kənarda qalması Saşa İlçin qərarı yox, məcburiyyətdən atılan addımdır.

Belə ki, onun sənədləri ilə bağlı problem yaranıb.

Bu səbəbdən "Turan Tovuz"la görüşə kimi Peşəkar Futbol Liqasına sifariş olunması mümkün olmayıb.

Amma növbəti turda "Karvan-Yevlax"la baş tutacaq matça qədər problemin həll ediləcəyi gözlənilir.

Müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM