Azərbaycan yığmasında pulda güzəştə getmədi, klub ona iddiasından geri çəkildi

14:00 Sumqayıt 259
Azərbaycan yığmasında pulda güzəştə getmədi, klub ona iddiasından geri çəkildi

«Sumqayıt»la Renat Dadaşov arasında bir müddətdir davam edən danışıqlar yekunlaşıb.

Görüşmələr nəticə verməyib.

«Kimyaçılar» Azərbaycan millisinin forvardını transfer siyahısına daxil etsə də, o, ilyarımlıq müqavilə təklifini geri çevirib.

Səbəb maliyyə şərtləridir.

«Gənclik şəhəri» təmsilçisi ona 15 min dollar əməkhaqqı ödəməyə hazır olsa da, qarşı tərəf iki dəfə artıq pul istəyib və güzəştə getməyib.

26 yaşlı ön xətt oyunçusu hazırda “Motor”un düşərgəsindədir. Lublin təmsilçisi Dadaşov da daxil olmaqla, 3 oyunçunu transferə çıxarsa da, hələlik heç biri klubdan ayrılmayıb.

Dadaşov onunla maraqlanan klublarla anlaşa bilməsə, o zaman yaya qədər burada qalacaq. Lakin mövsümün qalan matçlarında ona şans verilib-verilməyəcəyi qeyri-müəyyəndir.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti