«Sumqayıt»ın sabiq hücumçusu Momo Yansane karyerasını Ermənistanda davam etdirəcək.
Qvineyalı legioner “Pünik“lə anlaşıb.
Tərəflər arasında müqavilənin müddəti 6 aydır. Bu zaman kəsiyində özünü göstərsə, sözləşməsi daha 1 il uzadılacaq.
Yansane 2025-ci ilin yanvarında “Sumqayıt”a transfer olunub. O, Premyer Liqada 14 oyunda 1 qol vurub.
Yayda buradan gedən 28 yaşlı afrikalı Kiprə üz tutub. «Omonia Aradippou» ilə kontrakt bağlayan Momo etimadı doğrultmayıb.
13 görüşdə cəmi 1 dəfə fərqləndiyindən, qarşılıqlı razılıq əsasında Kipri tərk edib.
SPORTİNFO.AZ

