“Turan”ın layiq olduğu qalibiyyət - “Gənclik şəhəri”ndən VİDEO

00:30 Sumqayıt 76
“Turan”ın layiq olduğu qalibiyyət - “Gənclik şəhəri”ndən VİDEO

Azərbaycan Premyer Liqasının 17-ci turunda “Turan Tovuz” səfərdə “Sumqayıt”ı məğlub edərə,k mühüm üç xal qazanıb.

Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma gərgin mübarizə ilə yadda qalıb.

Oyun tovuzluların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qərb təmsilçisinin heyətində Hayderson Hurtado 13-cü dəqiqədə hesabı açıb. Matçın 61-ci dəqiqəsində Hurtado bu dəfə topu öz qapısına göndərərək, “Sumqayıt”ın bərabərlik qoluna (avtoqol) səbəb olub.

Lakin 69-cu dəqiqədə səhnəyə çıxan Rəhim Sadıxov komandasının qələbə topunu vurub.

Bu nəticədən sonra “Turan Tovuz” xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksə

"Turan Tovuz" - "Sumqayıt" 2:1

lib. Hazırda trnir cədvəlinə 37 xalla “Sabah” başçılıq edir. “Qarabağ” isə Abşeron təmsilçisindən 1 xal az toplayaraq ikinci yerdə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!
25 Yanvar 01:00 "Neftçi"dən 100-cü...