"Sumqayıt" Ukraynadan mərkəz müdafiəçisi gətirdi - İcarə əsasında

23 Yanvar 22:40 Sumqayıt 879
"Sumqayıt" Ukraynadan mərkəz müdafiəçisi gətirdi - İcarə əsasında
x

“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini gerçəkləşdirib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynıyı mövsümün sonuna qədər icarəyə götürüb.

26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində 33 nömrəli formada çıxış edəcək.

Danilo Beskorovaynıy karyerası ərzində “Polissya” ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib.

O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM