Buradan gedəndən 7 ay sonra ölkəsində özünə klub tapdı - FOTO

20 Yanvar 02:00 Sumqayıt 725
Buradan gedəndən 7 ay sonra ölkəsində özünə klub tapdı - FOTO

“Sumqayıt”ın sabiq legioneri Miloş Miloviçin yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, ötən yay "Sumqayıt"ı tərk etdikdən sonra klubsuz qalan müdafiəçi "Budunçost"a keçib.

Bu barədə Monteneqro klubunun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin iyuluna qədər müqavilə imzalanıb.

Monteneqro millisinin sabiq üzvü 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər "Sumqayıt"da oynayıb.

Azərbaycandan gedəndən 7 ay sonra klub tapdı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti