Saşa İliç möcüzə axtarışında - O, bunu bacarsa...

17:00 Sumqayıt 167
Saşa İliç möcüzə axtarışında - O, bunu bacarsa...

Azərbaycan Premyer Liqasında 2025/26-cı illər mövsümünün 16 turu əhatə edən birinci yarısı arxada qaldı.

"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.

Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.

2 debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?

Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışacağıq.

"Sumqayıt"la davam edirik…

Bu klub yayda yenidən yığıldı. Baş məşqçi postuna 3 illik aradan sonra əcnəbi mütəxəssis Saşa İliç gətirildi.

Qapı xətti xaric digər mövqelərə yeni simalar transfer olundu.

Ölkəmizə yeni gələ çalışdırıcının geniş olmayan heyətlə ən yaxşı halda ortabab klublar arasında görməyi proqnozlaşdırmaq olardı.

Amma ehtimalların əksinə olaraq, "kimyaçılar" arxada qalan birinci yarının 2-3 uğurlu kollektivləri arasında yer aldı.

27 xalla 5-ci sırada yer alan kollektivi 3-cü pillədən cəmi 1 xal ayırır.

Xüsusilə "Qarabağ"ın məğlub edilməsi, "Sabah"ın büdrədilməsi qeyd olunamlıdır.

İliçin digər özəlliyi legioner oyunçularla bərabər, arasında akademiyaın gənclərinin də yer aldığı yerli oyunçulara güvənməsidir.

Yaxşı vəhdət qura bilib.

İlk "5-lik"də yerli futbolçulara ən çox güvənən komanda olduğunu deyə bilərik.

Qısası, hansı pəncərədən baxsaq, Sumqayıt təmsilçisi mövsümün birinci yarısını gözəl keçirdi deyə bilərik.

Qalır bunun davamını gətirmək. Təbii ki, heç də asan görünmür. Kasad heyətdə müdafiənin zəif çıxışı gözdən qaça bilməz. Bəzən bir oyunçunun sıradan çıxması birinci fazada xaosa yol açır. Hücum xəttində də bitiricilik üst səviyyədə deyil.

Əbəs deyil ki, qış fasiləsində məhz bu iki mövqeyə oyunçu axtarışları aparıldı.

Amma hələ də nəticəsi yoxdur.

Uzun həsrətdən sonra Emil Mustafayevin kollektivə qoşulmasını müsbət məqam kimi qəbul etmək olar. O da ideal formasından çox uzaqdadır.

Əlavə toxunuşlar mütləq lazımdır. Ki, sona qədər avrokuboklar yarışında qalmaq mümkün olsun.

Yox, İliç indiki heyətlə də bunu bacara bilsə, indidən əhsəni haqq etdiyini deyə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti