Mövsümün birinci yarısında gənclərə ən çox güvənən klublardan biri "Sumqayıt" oldu.
Baş məşqçi Saşa İliç arxada qalan 16 turda 10-a yaxın gəncə meydan verdi.
Həmin futbolçuların hamısının klubun yetirməsi olmasını xüsusi qeyd etmək yerinə düşər.
Serbiyalı mütəxəssis qış təlim-məşq toplanışında da klubun yetirmələrini unutmadı.
Əvəzedici komandanın bir neçə üzvünü özü ilə Antalyaya apardı.
Klubdan əldə etdiyimiz məlumata görə, arxada qalan təxminən iki həftədə onlar çalışdırıcının ümidlərini doğrulda biliblər.
İliç özü şəxsən gənc oyunçuların ünvanına xoş sözlər deyib.
Belə davam edəcəkləri halda rəsmi oyunlarda da onlara güvənəcəyini bildirib.
XANOĞLAN / SPORTİNFO.AZ

