Azərbaycan klubunda 18 aydan sonra ayağı topa dəyən əcnəbinin başına iş gəldi - VİDEO

18 Yanvar 22:55 Sumqayıt 202
Azərbaycan klubunda 18 aydan sonra ayağı topa dəyən əcnəbinin başına iş gəldi - VİDEO

İsa Sülimanın uzun aradan sonra "Sumqayıt"ın qış təlim-məşq toplanışına qatıldığını xəbər vermişdik.

2024-cü ilin yayında ağır zədə alan pakistanlı arxada qalan müddətdə bu səbəbdən yaşıl meydanlardan uzaq düşmüşdü.

Mərkəz müdafiəçisi Antalyada keçən hazırlığın ilk günlərində yalnız fərdi hazırlıq keçirdisə, ilk dəfə kollektiv çalışmada toplanışın 10-cü günündə qoşula bilib.

Və bu əlamətdar anı komanda yoldaşları da unutmayıb.

18 aydan sonra ilk dəfə topa toxunuş edən İsa üçün dəhliz yaradılıb.

Amma 27 yaşlı legioner üçün həmin dəhlizdən keçid heç də asan başa gəlməyib.

Çətin anlarla yadda qalan o dəqiqələri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 20:00 Çək və bizə göndər!
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi