"Saşa İliçin bizimlə qurduğu münasibət prosesə müsbət töhfə verir"

17:00 Sumqayıt 124
"Saşa İliçin bizimlə qurduğu münasibət prosesə müsbət töhfə verir"

"Sumqayıt"ın yarımmüdafiəçisi Roi Kehat Sportinfo.az-a müsahibə verib.

- Türkiyədə baş tutan təlim-məşq toplanışı necə keçdi?

- Hazırlıqlar yaxşı keçdi. Məşqlər intensivdir və mövsümün ikinci yarısında necə oynamaq istədiyimiz üzərində çalışdıq.

- Premyer Liqada yaxşı nəticələr ilə hamını təəccübləndirən "Sumqayıt" Türkiyədə niyə böyük hesablı məğlubiyyətləri sıraladı?

- Futbolun içində olan hər kəs bilir ki, təlim-məşq toplanışı nədən ibarətdir. Yoldaşlıq oyunlarında nəticələr əsas məqsəd deyil.

- Artıq üçüncü mövsümdür "Sumqayıt"dasan. Bugünkü kollektiv ilə əvvəlkiləri müqayisə edəsi olsaq, səncə, hansı daha güclüdür və niyə?

- Düşünürəm ki, həm mənim ilk ilimdə, həm də bu mövsümdə heyətimiz ötən mövsümlə müqayisədə daha güclü olub. Hər iki mövsümdə oyunçular arasında uyğunlaşma və kimya yaxşı idi və indi də yaxşıdır, eyni zamanda məşqçi ideyaları da keyfiyyətlidir.

- Saşa İliç qısa müddətdə çox mehriban və baxımlı futbol oynayan komanda qura bildi. Serbiyalı mütəxəssisin məşqçi kimi əsas özəlliyi nədədir? Bunu necə bacardı?

- Fikrimcə, Saşa və bütün məşqçilər korpusu komandaya oynamaq istədikləri futbolu aşılamaq baxımından yaxşı iş görür. Məşqçilər korpusunun oyunçularla qurduğu şəxsi münasibətlər də bu prosesə böyük töhfə verir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?