"Sumqayıt" heyətini millinin yarımmüdafiəçisi ilə gücləndirdi

15 Yanvar 21:00 Sumqayıt 1 306
"Sumqayıt" heyətini millinin yarımmüdafiəçisi ilə gücləndirdi

“Sumqayıt” 2025/26 mövsümünün ikinci yarısı üçün ilk futbolçu keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" müqavilə ilə Ukraynada “Polissya”ya məxsus yarımmüdafiəçi Emil Mustafayevi mövsümün sonuna qədər icarəyə götürüb.

“Oleksandriya” klubunun yetirməsi olan Emil Mustafayev karyerası boyunca “Çernomorets” və “Polissya” klublarının uğurları üçün çalışıb.

24 yaşlı yarımmüdafiəçi U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə