"Sumqayıt" adətən, turnir cədvəlinin sonlarında yerləşən komandadır və onun əsas məqsədi liqada qalmaqdır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib. “Mozzart Sport”a açıqlama verən monteneqrolu legioner “Sumqayıt”ın Premyer Liqadakı durumundan danışıb:
“Bütün hörmətimlə deyirəm, bir neçə ildir buradayam, ona görə də hər şeyi yaxşı bilirəm. Həm büdcə, həm də hər şey baxımından deyirəm.
Onların yeni, gözəl stadionu, indi əla məşqçiləri var və bu kimi komandalar investisiyaya layiqdirlər. Saşa İliç daha ciddi komandalarda və liqalarda çalışıb.
Bu, onun karyerasında, sadəcə, bir fasilədir, çünki o, bir müddət klubsuz qalıb.
Bundan sonra İliçi çox ciddi komandada görəcəyimizi gözləyə bilərik, çünki o, həqiqətən buna layiqdir".

