"Saşa İliç komandası ilə gözlənilməz, fenomenal nəticələr əldə edir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Marko Yankoviç deyib.
“Mozzart Sport”a açıqlama verən monteneqrolu yarımmüdafiəçi keçmiş baş məşqçisi, hazırda “Sumqayıt”ı çalışdıran Saşa İliç haqda danışıb.
“Onlar oyundan-oyuna daha da yaxşılaşırlar. Bizə qarşı 10 nəfərlə oynadılar və hətta oyundan sonra Qurban Qurbanov bizə çıxışımızdan utandığını dedi.
Axı komanda 10 nəfərlə üstünlük təşkil edirdi, hətta penaltini də vura bilmədilər.
Məşqçinin imzasını göstərən təkcə nəticələr deyil, həm də yaxşı futboldur. Mən onu çox istədiyim üçün deyil, olduğu kimi dediyim üçün tərifləyirəm".

