1:5-ə şərh verdi: "Bu cür matçlarda nəticə vacib deyil"

10 Yanvar 13:20 Sumqayıt 302
1:5-ə şərh verdi: "Bu cür matçlarda nəticə vacib deyil"

“Sumqayıt"ın baş məşqçisi Saşa İliç Türkiyə toplanışı çərçivəsində Macarıstanın "Pakş" klubuna qarşı keçirilən ilk yoldaşlıq oyunundakı məğlubiyyəti (1:5) şərh edib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis belə oyunlarda hesabın önəmli olmadığını bildirib:

"Bu cür matçlarda nəticə vacib deyil. Yoldaşlıq görüşlərindəki hesab bizi narahat etmir.

Meydanda kifayət qədər gənc futbolçu var idi. Qolları əsasən fərdi səhvlərdən buraxdıq. Bunun üzərində işləyəcəyik".

İliç komandanın hazırlıq səviyyəsinə də toxunub:

"Cəmi 4-5 gündür məşq edirik. Gənclərin təcrübəyə ehtiyacı var, biz də onlara bu şansı yaradırıq.

Bəzi legionerlər düşərgəyə gec qoşulub, ona görə də hələlik optimal formadan danışmaq tezdir".

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar