“Azərbaycan komandası futbol oynamaq istədi, bu da işimizə yaradı"

01:10 Sumqayıt 165
“Azərbaycan komandası futbol oynamaq istədi, bu da işimizə yaradı"

“Pakş”in (Macarıstan) baş məşqçisi Dyord Boqnar “Sumqayıt”a qarşı keçirdikləri yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının performansından razı qaldığını bildirib:

“Bütün hücumçularımızın qol vurması, özü də bunu məhz açıq hücumdan etmələri sevindirici haldır. Rəqib futbol oynamaq, topu geridən çıxarmaq istəyirdi.

Bu isə pressinq taktikasını məşq etməyimiz baxımdan bizim üçün xüsusilə əlverişli oldu. Rəqib meydançasında xeyli top qazandıq və demək olar ki, qol epizodlarımızın əksəriyyətini bu yolla yaratdıq”.

Mütəxəssis komandanın hazırlıq prosesinə də toxunub:

“Bu yoxlama matçı həm fiziki yüklənmə, həm də oyun planında hazırlığa əla xidmət etdi.

Əlbəttə, fərdi planda oyunçulardan daha yaxşı qərarlar gözləyə bilərik, lakin bunu ilk günlərdən gözləmək doğru olmaz.”

Türkiyədə baş tutan görüş “Sumqayıt”ın 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!