Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, komanda Macarıstanın “Pakş”ı ilə qarşılaşıb.
Matç rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın qoluna Rüstəm Əhmədzadə imza atıb.
"Sumqayıt" Misli Premyer Liqasında fasiləyə 27 xalla 5-ci pillədə yollanıb. "Pakş" isə Macarıstan NB1-ində 33 xalla 3-cüdür.
"Gənclik şəhəri" təmsilçisi Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.

