Premyer Liqanın 16 turundan sonra beşinci sıradakı “Sumqayıt” da “Turan Tovuz”la eyni sayda xal topalyıb.
Amma “Sumqayıt” əvvəla “Turan Tovuz” qədər büdcəyə, legionerə sahib deyil.
İkincisi də sumqayıtlılar hətta uduzduqları matçlarda belə, baxımlı oyunu ilə seçilib.
16 turun azarkeş sayında rekordu da Sumqayıtda qeydə alınıb. 12-ci turda keçirilən “Sumqayıt” - “Qaarabağ” qarşılaşmasını stadiondan 9100 tamaşacı izləyib.
Serbiyalı mütəxəssis Saşa İliçin işini qənaətbəxş qəyərləndirmək olar. Onun komandası ilk 4 turda “Qarabağ” da daxil, 3 rəqibini məğlub etdi, bir ara hətta liderliyə də yüksəldi.
Amma “Turan Tovuz”a hər iki oyunda məğlubiyyət, “Zirə”yə uduzması, “Sabah”dan 2 oyunda cəmi 1 xal alması “kimyaçılar”ı qış tətilinə 5-ci pillədə göndərdi.
“Sabah” və “Qarabağ”dan sonra üçüncü ən çox fərqlənən “Sumqayıt”da qol ümidinə çevrilən bir neçə futoblçu var.
Sadəcə, onların olduqca bərbad müdafiəsi var: 16 oyuna 21 qol.
Saşa İliç komandasının ən yaralı yerini tezliklə müalicə etməsə, çətin ki, mükafatçılar sırasına düşsünlər, həmçinin kubokda “Zirə” səddini keçsinlər.
İlkin Fikrətoğlu
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

