"Sumqayıt"ın Türkiyədə keçirilən təlim-məşq toplanışı davam edir.
Amma kollektiv hələ də tam olaraq bir araya gəlməyib.
Saşa İliçin yolunu gözlədiyi nə az, nə çox 5 legioner var.
Söhbət Alexandr Romalinqom, Rayan Senhadji, Ronaldo Vaskez, Keffel Resende və Abdul Raşid Muminidən gedir.
Romalinqom və Senhadji sabahdan məşqlərə qoşula biləcək.
Braziliyalı Keffel və dominikanlı Ronaldo isə daha gec düşərgədə ola biləcəklər.
Təbii ki, buna səbəb ikilinin daha uzaq yol qət etmək məcburiyyətində olmasıdır.
Onlar yalnız 7 yanvar tarixindən serbiyalı mütəxəssisin sərəncamında olacaq.
Millisinin heyətində Millətlər Liqasında çıxış edən Benin millisinin üzvü
Abdul Raşid Muminin isə qayıdışı hələ qeyri-müəyyən olaraq qalır.
XANOĞLAN / SPORTİNFO.AZ

