“Şamaxı”nın Sənan Muradlı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verməsinin səbəbi bilinib.
“Şirlər“in birillik icarəyə götürdüyü yarımmüdafiəçi “Sumqayıt”ın təkidi ilə geri göndərilib.
Belə ki, “kimyaçılar“ düşərgədə oyunçu sayının azlığını səbəb göstərərək, 19 yaşlı gənci sıralarına qaytarıb.
Baş məşqçi Saşa İliç gənclər yığmasının oyununda ağır zədə almış və əməliyyat olunmuş Ayxan Süleymanlını onunla əvəzləmək niyyətindədir.
Sonuncu mövsümün qalan hissəsini buraxacağından, serbiyalı çalışdırıcı Sənan Muradlını sərəncamında görmək istəyib.
SPORTİNFO.AZ

