Sabiq milli üzvü bu dəfə qış çempionunu bölgə klubuna dəyişdi

3 Yanvar 21:15 Sumqayıt 1 744
Sabiq milli üzvü bu dəfə qış çempionunu bölgə klubuna dəyişdi

"Sumqayıt" bu gün qış təlim-məşq toplanışı üçün Türkiyəyə gedib.

Qardaş ölkəyə yollanan geniş heyətdə Rauf Rüstəmli yer almayıb.

Yarımmüdafiəçinin kollektivdən kənarda qalması səbəbsiz deyil.

O, mövsümün ikinci yarısını "Kimyaçılar"da keçirməyəcək.

Artıq gedəcəyi yeni ünvan da bizə məlumdur.

Bu, liqanın sonuncusu "Karvan-Yevlax" komandasıdır. Rauf daha çox oynamaq şansı alması üçün bu cür qərar verib.

Qarşıdakı 6 ayı icarə müqaviləsi əsasında aran təmsilçisində keçirəcək.

"Gənclik şəhəri" müqavilə ilə "Sabah"a məxsus orta sahə oyunçusunu mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.

"Qəbələ"nin yetirməsi karyerası boyunca "Sabah" və "Şamaxı"nın uğurları üçün çalışıb.

21 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və "A" milli komandalarımızın da şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti