«Sumqayıt» ötən ilin yayında icarəyə götürdüyü oyunçunun xidmətindən imtina etdi.
«Kimyaçılar» Rauf Rüstəmlini vaxtından qabaq «Sabah»a qaytarıb.
Bu, yarımmüdafiəçinin istəyi ilə baş verib. 23 yaşlı gənc «gənclik şəhəri» təmsilçisində gözlədiyi qədər şans qazanmadığından, bura ilə vidalaşıb.
«Sumqayıt»ın Saşa İliçin etimadını doğrultmağa çətinlik çəkən Rüstəmliyə görə 6 ay əvvəl «bayquşlar»a 20 min manat ödədiyini bildirək.
«Qəbələ»nin yetirməsi daha öncə icarə əsasında «Şamaxı»nın formasını geyinib.
SPORTİNFO.AZ

