Mövsümün birinci yarısını uğurla keçirən “Sumqayıt” güclənmək yolunda axtarışlarını davam etdirir.
Baş məşqçi Saşa İliçin raportu əsasında mərkəz müdafiəçisi və forvard axtarılır.
Təbii ki, qış fasiləsində yaxşı oyunçu tapmaq asan deyil.
“Kimyaçılar” da hər yoldan ötənə qapısını açmaq niyyətinə deyil.
Lazım olan kriteriyalarda (məsələn, stoperin işlək ayağı sol olmalı, cinah müdafiəçisi kimi də oynamağı bacarmalıdır) legioner tapılmazsa, oyunçu almaq xatirinə transfer olunmayacaq.
Klub belə məqamda da əl-qolunu yanına salmaq fikrinə deyil.
Artıq alternativ yol tapılıb.
1.5 ildi zədədən əziyyət çəkən mərkəz müdafiəçisi İsa Süliman Türkiyə toplanışına əbəs yerə aparılmayıb.
Ən son variant kimi onun Peşəkar Futbol Liqasına sifariş edilməsi götür-qoy ediləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

