Qara Qarayev haqda SON QƏRAR verildi - Onunla müqavilə bağlayacaqlar?

31 Dekabr 2025 16:05 Sumqayıt 3 177
Qara Qarayev haqda SON QƏRAR verildi - Onunla müqavilə bağlayacaqlar?

Azərbaycan millisinin sabiq üzvü Qara Qarayevin "Araz Naxçıvan"dan sürpriz şəkildə ayrılmasından sonra karyerasını harada davam etdirəcəyi əsas müzakirə mövzusudur.

Artıq yeni namizədlər də var.

Təcrübəli oyunçunun adı xüsusilə "Sumqayıt"la çəkilirdi.

Amma yarımmüdafiəçinin "kimyaçılar"a keçidi baş tutmayacaq.

Bu barədə klubdan məlumat əldə etmişik.

Əsas səbəb Qarayevin oynadığı orta sahədə hazırda oyunçu sayının kifayət qədər olmasıdır.

Ümumiyyətlə, baş məşqçi Saşa İliç qış fasiləsində yarımmüdafiəçi alınması barədə düşünmür.

Serbiyalı mütəxəssisi qayğılandıran iki zona var - müdafiənin mərkəzi və hücum xətti.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə