Əcnəbi baş məşqçinin yolunu gözlədiyi legioner Azərbaycana gəldi

21:40 Sumqayıt 258
Əcnəbi baş məşqçinin yolunu gözlədiyi legioner Azərbaycana gəldi

İsa Süliman təxminən ilyarımdan sonra Sumqayıta qayıdıb.

Kollektiv istirahətdə olsa da, İsa fərdi məşqlərə başlayıb.

27 yaşlı stoper “kimyaçılar”ın Türkiyədə baş tutacaq təlim-məşq toplanışında da iştirak edəcək.

Amma hələ tam gücü ilə deyil.

Baş məşqçi Saşa İliç Pakistan millisinin üzvünə xüsusi proqram hazırlayıb.

Təcrübəli oyunçu məhz bunun əsasında fərdi olaraq çalışacaq.

Onun mövsümün ikinci yarısının startına kimi hazır olub-olmaması isə sual olaraq qalır.

2024-cü ilin yayında sol ayağının çarpaz bağları qopan legionerin əməliyyatı Portuqaliyada gerçəkləşib.

Əməliyyatdan sonrakı 1 ildən artıq müddətin böyük hissəsini İngiltərədə reabilitasiya mərhələsinə həsr edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti