"Saşa İliçin bizə inanması və göstərdiyi qayğı hamımıza əlavə güc verir",

21:00 Sumqayıt 137
"Saşa İliçin bizə inanması və göstərdiyi qayğı hamımıza əlavə güc verir",

Premyer Liqanın arxada alan birinci yarısında gənclərə ən çox şans verən klublardan biri də “Sumqayıt oldu.

Bəzi yerli məşqçilərdən fərqli olaraq serbiyalı mütəxəssis Saşa İliç akademiyanın gənclərinə də meydan verməyi lazım bildi.

Geniş siyahıda Kənan Feyziyev, Ayxan Süleymanlı, Nadir Orucov, Ruslan Əliyev, Rauf Rüstəmli, Nihad Əhmədzadə və Xəyal Fərzullayev kimi adlar var.

Əksəriyyəti həm də gənclər millimizin üzvüdür.

Daha çox oyun şansı alanlardan olan Fərzullayev Sportinfo.az-a açıqlamasında İliçin bu cür yanaşmasının onlara əlav güc verdiyini bildirib:

“Baş məşqçimizin gənc oyunçulara diqqəti göz qabağındadı. Buna görə ona təşəkkür edirəm.

Bizlər haqqında hansı fikirdədi? Məncə, bu barədə özü danışsa daha məqsədəuyğun olar.

Amma bizə inanması və göstərdiyi qayğı hamımıza əlavə güc verir.

Gənc oyunçular üçün bundan motivasiyaedici nə ola bilər?”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti