“Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri fantastikdir, arada kifayət qədər fərq var”

29 Dekabr 2025 23:40 Sumqayıt 3 624
“Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri fantastikdir, arada kifayət qədər fərq var”

“Əlbəttə, arada kifayət qədər fərq var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalenqom deyib.

Ölkəmizdə ilk dəfə 2023-cü ildə gələn Maqadaskar yığmasının forvardı həmin vaxt “Səbail”in formasını geyinib.

O, ötən mövsüm İsraildə legioner həyatı yaşayıb. B

u yay “Sumqayıt”la anlaşan ön xətt oyunçusu “İki il əvvəl və indi - Premyer Liqanın səviyyəsi yüksəlibmi” sualına cavabında aşaığıdakıları söyləyib:

“İlk növbədə iştirakçı sayı artıb. Bölgə komandaları çoxalıb.

Digər tərəfdən, indi daha çox legioner görürəm.

“Qarabağ”ın Çempionlar Liqasındakı nəticələri fantastikdir. “Sabah”, “Zirə”, “Araz-Naxçıvan”da avrokuboklarda özlərini yaxşı tərəfdən göstərdilər.

Çempionatın səviyyəsinin yüksəlməsi avrokuboklardakı nəticələrə də təsir edir. Get-gedə daha maraqlı olacağına inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM