"Mümkün olan hər şeyi edəcəyik ki, yuxarı yerlərdə qalaq"

17:00 Sumqayıt 148
"Mümkün olan hər şeyi edəcəyik ki, yuxarı yerlərdə qalaq"

“Sumqayıt”ın qapıçısı Xəyal Fərzullayev Premyer Liqanın 16-cı turunda “Sabah”a məğlub olduqları görüşdən sonra (1:3) Sportinfo.az-a müsahibə verib.

- Məğlubiyyətə səbəb nə oldu?

- Bəllidir ki, hər bir oyunun 3 nəticəsinin olmaq ehtimalı var . “Sabah”la oyunda məğlub tərəf biz olduq. Səbəbin nə olduğunu məşqçilərimiz hər zaman araşdırırlar. Həm səbəbləri, həm də çıxış yolunu bizə göstərirlər. Bizim vəzifəmiz məğlubiyyətdən nəticə çıxarıb, növbəti oyuna daha yaxşı hazırlaşmaqdır.

- Mövsümün birinci yarısını "Sumqayıt" üçün necə qiymətləndirirsən?

- “Sumqayıt”da keçirdiyim hər oyun, hər mövsüm mənim üçün özəldi. Çünki mən bu şəhərin bir parçasıyam. Bu mənim doğma şəhərimdi. Bu mövsüm də hər zaman olduğu kimi ən yaxşısını etməyə çalışacağıq. Şəhərimiz və azarkeşlərimiz ən yüksək yerlərə layiqdi.

- Son görüşlərdə əsas heyət üzvünə çevrildin. Performansın barədə nələr deyərdin?

- Futbolçu həyatında performans olaraq hər zaman eniş və yoxuş olur. Bu gün üçün əsas hədəfim stabillikdi. Hər zaman əlimdən gələni etmişəm ki, baş məşqçi etimad göstərən vaxt hazır olum. Düşünürəm ki, daha çox oynamağım performansımı daha da artırar. Amma qərarı hər zaman məşqçillərimiz verir və mən bütün qərarlara hörmətlə yanaşıram.

- İlk üçlükdən komandanı 1 xal ayırır. Avrokuboklarda iştirak etmək mümkün olacaq?

- Biz hər zaman növbəti oyunu düşünür və o oyuna hazırlaşırıq. Yekunda nə olacağını heç kim deyə bilməz. Amma hər bir komanda Avropa səhnəsinə çıxmaq üçün can atır. Biz də mümkün olan hər şeyi edəcəyik ki, yuxarı yerlərdə olaq. Qalanını zaman göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti