“İndidən heç kim deyə bilməz ki...”

25 Dekabr 23:40 Sumqayıt 150
“İndidən heç kim deyə bilməz ki...”

“Medalçılar sırasında olmaq real görünsə də, mübarizə çempionatın sonuna qədər davam edəcək”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın hücumçusu Nikola Ninkoviç deyib.

Premyer Liqada qış fasiləsi elan olunub. 16 tura 27 xal toplayan «kimyaçılar» turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

«Turan»la eyni xala malik «gənclik şəhəri» təmsilçisi üçüncü sıradakı «Zirə»dən cəmi 1 xal geri qalır.

Serbiyalı legioner hesab edir ki, «Sumqayıt» avrokuboklar uğrunda yarışmaq gücündədir:

«Bundan sonra hələ 17 tur qalır. Bu, kifayət qədər uzun zaman deməkdir.

Yanvardan sonrakı dörd ay ərzində gərgin mübarizə gedəcək. Yaxşı komandamız var.

İstədiyimiz nəticələri qazansaq, onsuz da, yuxarıda olacağıq.

İndidən heç kim deyə bilməz ki, hansı komanda mövsümün sonunda hansı yeri tutacaq. Çempionatda böyük rəqabət görürəm».

Digər Xəbərlər
Xəbər Lenti
25 Dekabr 18:10 Çək və bizə göndər!
25 Dekabr 03:30 Onu da güllələdilər