“Araz”dan gedən Qara Qarayev ilk təklifi bu klubdan aldı - SON DƏQİQƏ

19:00 Sumqayıt 1 499
“Araz”dan gedən Qara Qarayev ilk təklifi bu klubdan aldı - SON DƏQİQƏ

Qış fasiləsində “Araz-Naxçıvan”ı tərk edən ilk futbolçu Qara Qarayev oldu.

“Qarabağ”ın və Azərbaycan millisinin sabiq üzvü klub rəhbərliyinə yaxınlaşaraq ayrılmaq istədiyini bildirib və müqaviləyə xitam verilib.

33 yaşlı yarımmüdafiəçi artıq ilk təklifini alıb.

Bu, Premyer Liqanın iddialı təmsilçisi “Sumqayıt”dır.

Redaksiyamıza daxil olan məlumata görə, klubun rəhbəri Riad Rəfiyev Qaraya zəng edərək onu “Sumqayıt”da görmək istədiytini açıq şəkildə bəyan edib.

Buna səbəb Qaranın ölkə futbolunda xüsusi çəkiyə sahib olması, zəngin təcrübəsi və insani keyfiyyətləridir. Rəfiyev komandasında belə bir futbolçuya ehtiyac duyduğunu gizlətməyib.

Qərar vermək, seçim etmək ixtiyarı təbii ki, Qarayevin əlindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti