Baş məşqçi transferini istəmədiyi oyunçu ilə problem yaşayır

17:40 Sumqayıt 278
Baş məşqçi transferini istəmədiyi oyunçu ilə problem yaşayır

«Sumqayıt»ın uğurlu oyunlar seriyası ilin son hesabat həftəsinədək uzanmadı.

«Sabah»la dueldə bitdi bu seriya.

Doğma şəhərdə çempionatın liderinə yarımçıq müqavimət göstərdilər, sonadək dirəniş olmadı. «Sabah»ın həftəarası «Qarabağ»la oyuna çıxıb yorğun düşməsi də «Sumqayıt»ın karına gəlmədi.

Çemodan əhval-ruhiyyəsi 1 saatdan artıq müddətdə «Sumqayıt»ın bütün futbolçularının simasından oxundu.

«Oyun tez bitsin, hava limanına gedək» düşüncəsi ilə yanaşdılar «Sabah»a. Komanda halında yol verilən səhvləri qonaqlar sakit, amma səliqəli şəkildə dəyərləndirdi.

0:3-dən sonra oyuna dönməyin çətinliyini dərk etmək olar. «Sabah» özü şərait yaratdı ki, istəyirsən, gəl, sən də bir qol vur.

«Sumqayıt» təsəlli qolunu vurdu, lakin bu, sonuncu olmaya da bilərdi. Aleksa Yankoviç növbəti epizodların birində topa biabırçı zərbə endirməsəydi, karyerasının ən asan qollarından birinə imza atacaqdı.

Xorvatiyalı yarımmüdafiəçi qaçırdığı bu fürsətlə, elə bil ki, Saşa İliçə incə mesaj ötürdü. Sanki baş məşqçisinə demək istədi ki, ikinci hissədə meydana buraxılması ona xoş olmayıb, əsəbi və küskündür.

Deyəsən, aralarında nəsə bir gərginlik var onların. İ

liç Yankoviçi ara-sıra əsas heyətdən kənarda saxlamaqla onun transferinin əleyhinə olduğunu və hələ də əvvəlki fikrində qaldığını göstərmək istəyir rəhbərliyə.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti