“Sabah”dakılar buna hazır olsun! – “Bu, bizim üçün üstünlükdür”

22 Dekabr 19:00 Sumqayıt 17
“Sabah”dakılar buna hazır olsun! – “Bu, bizim üçün üstünlükdür”

“Qarabağ”ı 2:1 hesabı ilə mğlub edərək liderliyi ələ keçirən “Sabah” növbəti ciddi sınaqla üz-üzədir.

“Tələbələr” cari mövsümün sürpriz komandalarından olan “Sumqayıt”ın qonağı olacaq.

Valdas Dambrauskarın rəhbərlik etdiyi kollektiv fasiləyə qış çempionu kimi yollanmaq üçün bu oyundan qələbə ilə ayrılmalıdır.

“Sumqayıt” isə doğma meydanda məğlub olmamaq üçün əlindən gələnin maksimumunu edəcək.

Komandasının aparıcı simalarından olan Aleksa Yankoviç Sportinfo.az-a açıqlamasında qələbə iddiasını ortaya qoyub:

“Sabah” hazırda yaxşı formadadır. Son matçlarda qələbələri sıralaması bunun sübutudur.

İlk dövrədə rəqib meydanında baş tutan görüşdə 1:1 bərabərə qalmışdıq. Halbuki çox yaxşı futbol sərgiləmişdik. “Sabah”ın boşluqlarından istifadə edib qalib gəlməyə çalışacağıq.

Sumqayıtda oynamağımız bizim üçün üstünlükdür. Çünki azarkeşlərimizdən lazımi dəstəyi görürük. Çox istərdik ki, stadion hər oyunda dolsun. Lakin bu, mümkün deyil.

Azarkeşlərimizin böyük rəqəmli sayla yanımızda olacaqlarına ümid edirəm”.

Dekabrın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti