“Sumqayıt”ın ən son heyətinə qatdığı legioner Nsana Simon oldu. Mövsümün birinci yarısının gedişində “Kimyaçılar”a qoşulan 25 yaşlı orta sahə oyunçusu özünü heç də pis tərəfdən göstərmədi.
Konqolu meydana çıxdığı 7 matçda 2 qol, 1 məhsular ötürmə ilə yadda qalıb.
Simon əslində 2 mövsüm əvvəl ölkəmizə gələ bilərdi, amma “Turan Tovuz”dan gələn təklifə isti yanaşmamışdır.
Maraqlıdır, onu “Sumqayıt”da nə cəlb etdi ki, bu dəfə ölkəmizə gəlməyə qərar verdi?
Ümumiyyətlə, bura gələnə kimi məsləhət aldığı kimlərsə olubmu?
Ən doğrusunu afrikalı legionerin dilindən eşidək:
“Bəli, məlumat toplamaq üçün vaxt ayırdım.
Liqanı və ölkəni tanıyan bir neçə oyunçu ilə danışdım.
Hamısı mənə Premyer Lİqanın inkişafda olduğunu dedi.
Və ən əsası Sumqayıtın xoş yaşayış mühiti olan yaxşı bir layihə olduğunu bildirdilər.
Məni bura gəlməyə inandıran da əsas bu idi”.
XANOĞLAN / SPORTİNFO.AZ

