"Qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir" - "Sumqayıt"ın məşqçisi

22 Dekabr 22:50 Sumqayıt 122
"Qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir" - "Sumqayıt"ın məşqçisi

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 16-cı turunda doğma meydanda "Sabah"a 1:3 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Yaxşı oynadılar, qələbəyə layiq idilər. Bütün səhvlərimizin cəzasını çəkdik. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Ancaq bu elə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq lazımdır.

- “Sabah”ın “Qarabağ”ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı? Oyunda edilən səhvlər nə ilə bağlı idi?

- "Qarabağ"ın uduzmağı futbolçulara heç bir təsir etmədi. Qolları buraxdığımız səhvlərdən gördük. 2-ci və 3-cü qolu çox sadə buraxdıq. Bu səhvlərdən qolları gərək buraxmazdıq.

- Yankoviçin durumu haqda nə dyə bilərsiniz? Gay ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır.

- Bu cür olmağı Yankoviçin hələ tam formaya düşə bilməməyinə görədir. Çalışırıq ki, daha yaxşı olsun.

- Qış transfer pəncərəsində hücumçu almaq planınızda varmı?

- Hücumçuya ehtiyacımız var. Rəhbərliyə bu barədə düşüncələrimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 18:10 Çək və bizə göndər!
22 Dekabr 08:00 Azərbaycana qış gəldi