“Sumqayıt”ın qış hazırlıq planları bəlli olub.
Sportinfo.az xəbər verir ki, “kimyaçılar” dekabrın 22-də baş tutacaq “Sabah”la oyundan sonra istirahətə buraxılacaq.
Komanda yanvar ayının 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq. Ayın 3-dan 17-dək Lara bölgəsində üç yoxlama oyununda meydana çıxacaqlar..
9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın “Paksi”, Serbiyanın “OFK Belqrad” və Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcəklər.

