Premyer Liqanın arxada qalan 15 turunda nəticələri ilə yaxşı mənada hamınə təəccübləndirən komanda "Sumqayıt" oldu.
"Kimyaçılar" 27 xalla hazırda üçüncü pillədə yer alır.
Amma nəticələr yaxşı olsa da, problemlər yox deyil.
Heyətin kasad olması Saşa İliçin əl-qolunu bir çox hallarda bağlamış olur.
Serbiyalı mütəxəssis də bunun fərqindədir.
Artıq klub rəhbərliyi ilə bu yöndə görüş keçirilib.
Əcnəbi baş məşqçi qış fasiləsində yeni transferlərin vacib olduğunu önə çəkib.
Xüsusilə müdafiənin mərkəzi və hücum fazası üçün yeni simaların axtarılması prioritet seçilib.
Klub başbilənləri İliçin fikirlərini müsbət qarşılayıb və maksimum dəstək göstəriləcəyi vəd olunub.
XANOĞLAN / SPORTİNFO.AZ

