“Gücümüz hər məşqdən gəlir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın hücumçusu Nikola Ninkoviç deyib.
Serbiyalı legioner formasını geyindiyi komandanın son 1 aydakı yüksəlişindən danışıb. Vaxtilə İtaliyada A Seriyasının 4 klubunun şərəfini qorumuş balkanlı bildirib ki, fantastik sürət yığıblar:
“Bu gücü haradan almışıq? Hər gün təkmilləşmək üçün yeni bir fürsətdir.
Çox çalışaraq ki, qarşıdakı hər matçda istədiyimiz məqsədlərə çatmağı bacaraq. Biz hələ pik səviyyəyə çatmamışıq.
Bundan da yaxşı səviyyədə oynaya bilərik. Komandamızın belə bir potensialı var. “
Neftçi“ ilə 2:2 etdiyimiz matçda da göstərdik ki, “Sumqayıt“ təsadüfən turnir cədvəlinin liderlər qrupuna yuksəlməyib“.

