Premyer Liqa təmsilçisi yeni hücumçu ilə anlaşdı - SON DƏQİQƏ

15:00 Sumqayıt 365
Premyer Liqa təmsilçisi yeni hücumçu ilə anlaşdı - SON DƏQİQƏ

«Sumqayıt» rəhbərliyi Saşa İliçin növbəti istəyini yerinə yetirib.

«Kimyaçılar» baş məşqçinin tələbinə uyğun olaraq, hücumçu transferini həyata keçirib.

«Gənclik şəhəri» təmsilçisi hazırda Avropada çıxış edən əcnəbi forvardla anlaşıb. Hələlik adı gizli saxlanılan legionerlə ön müqaviləyə imza atılıb.

Tərəflər arasında ilkin anlaşma müddəti 6 aydır. O. çempionatda özünü yaxşı tərəfdən göstərərsə, kontrakt daha 1+1 illik uzadılacaq.

«Sumqayıt» Premyer Liqanın 15 turu ərzində 27 xal toplayıb. Aktivində 8 qələbə olan komanda turnir cədvəlinin üçüncü pilləsində yer alıb.

Mövsümün geridə qalan həftələrində 25 qol vuran «kimyaçılar» hazırda avrokuboklara iddialı durumdadır.

Serbiyalı mütəxəssis bu yolla getmək niyyətindədir. Buna görə ona yeni oyunçular lazımdır, xüsusən ön xəttə.

Çünki Aleksandr Ramalenqom, Nikola Ninkoviç və Rüstəm Əhmədzadə heç də bütün matçlarda eyni performansı sərgiləmir: gah yaxşı təsir bağışlayırlar, gah da gözləniləndən zəif.

Odur ki, vurulan qolların mühüm hissəsi yarımmüdafiəçilərin üzərinə düşür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti