Cari mövsümün iki rəngli komandasından danışası olsaq, mütləq «Sumqayıt»ın adını çəkməliyik.
Saşa İliç çox düzəldib komandanı bu aralar.
Sezonun başındakı «Sumqayıt» belə deyildi, xeyli məsafə qət ediblər son həftələrdə.
İliçin ədalətli yanaşması göz qabağındadır. Serbiyalı ilk vaxtlar yol verdiyi səhvləri artıq təkrarlamır.
Mehdi Cənnətov, Aleksandr Ramalenqomu əsas heyətdən kənarda saxlamaq lazım idi, o, nəhayət, bunu edir.
İliçin adların ondan ötrü böyük əhəmiyyət daşımadığını yalnız Cənnətovla Ramalenqoma göstərmir. Roi Kehat və Aleksa Yankoviçə də bu siyahıya daxildir.
Oyuna toxunuş etməyi hər məşqçi hər məşqçi istəyər. İstəməyə nə verirlər, əsas bunu vaxtında edə bilməkdir.
«Sumqayıt» bu baxımdan şanslıdır, çünki İliç dərsini yaxşı çalışmaqdadır. Etdiyi əvəzetmələrlə «Neftçi» ilə səfər matçının gedişini dəyişdi.
İkinci hissədə meydana ayaq basanların hər biri 1 xalın qazanılmasında yaxından iştirak elədi, yoxsa məğlubiyyət qapısı taybatay açılacaqdı.
«Neftçi»nin fiziki cəhətdən əldən düşməsindən yerində yararlandılar.
Yenilər «Sumqayıt»a ikinci nəfəsi verdi, ayıldılar, 7 dəqiqəyə iki qol vurdular. Vaxt bir az da qalsaydı, üçüncü qol da gələcəkdi.
ELNUR

