"Sumqayıt"ın serbiyalı yarımmüdafiəçisi Nikola Ninkoviç Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 14-cü turunda "İmişli"ni 1:0 hesabıyla məğlub etdiz. Oyun barədə düşüncələrinizi bilmək olar?
- Matçın bizim üçün çox çətin keçdi. “İmişli”nin aşağı blokda oynayacağını və çox mütəşəkkil və nizam-intizamlı komanda olduğu üçün onların müqavimətini qırmağın çox çətin olacağını bilirdik. Belə oyunlarda işlərin asan olmasını və ya xalın yüksək olmasını gözləmək real deyil. Önəmli olan odur ki, demək olar ki, bütün 90 dəqiqəyə diqqətimizi cəmlədik və ikinci hissədə yaxaladığımız bir fürsəti dəyərləndirdik. Təbii ki, oyunun son dəqiqələrində penalti istisna olmaqla, rəqibin bizi narahat etməsi üçün bir çox şanslarına imkan vermədik.
- Qələbədə nə həlledici oldu?
- Həlledici amil, demək olar ki, bütün matç boyu oyuna nəzarət etməyimiz oldu. Biz bütün diqqətimizi cəmləmişdik və bilirdik ki, bu, bir qolun qalibi müəyyən edəcəyi oyundur.
- Penalti vurulanda hansı hisləri keçirdin? Qələbənin əldən çıxması ilə barışmışdın?
- Hakim penalti təyin edəndə məyus oldum, çünki dediyim kimi, bütün oyun boyu matça nəzarət etdiyimizi düşünürəm. Amma inanırdım ki, qapıçımız topu kənarda saxlaya və üç xalı qoruyub saxlamağa kömək edə bilər.
- "İmişli ilə ilk oyunda başverənlər bu matça təsir etdi?
- Bunun bu matça təsir etdiyini düşünmürəm, çünki hər oyun özlüyündə unikaldır.
- Kütləvi dava niyə yaşandı? Kim idi günahkar?
- Düzünü desəm, nə baş verdiyini görmədim. Bu, sadəcə olaraq oyunun istisi və gərginliyi idi və bu kimi şeylər ola bilər.
XANOĞLAN İMANOV

