“Sözümüzü meydanda deməliyik, müsahibədə yox”

18:00 Sumqayıt 138
“Sözümüzü meydanda deməliyik, müsahibədə yox”

Yayda ciddi islahatlara məruz qalan “Sumqayıt”ın avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağı kimin ağlına gələrdi?

Yeni baş məşqçi və xeyli sayda futbolçu ilə güclənən kollektiv ilk turlardan iddiasını ortaya qoymağı bacardı.

Artı1 13 tur geridə qalmasına baxmayaraq, “kimyaçılar” topladığı 23 xalla “Araz-Naxçıvan”la “Neftçi”ninq abaqlayır, “Turan Tovuz”la “Sabah”dan 1-2 xal geri qalır.

“Qarabağ”, “Zirə”, “Sabah”, “Turan Tovuz”, “Araz-Naxçıvan”, “Neftçi” kimi rəqiblərin yer aldığı çempionatda avrokuboklara vəsiqə şansı nə dərəcədə real görünür?

Ümumiyyətlə, “böyük şəhərin tək komandası”nın qarşısına Avropada oynamaq tələbi qoyulub, yoxsa bu, sadəcə istəkdir?

Sportinfo.az-ın suallarını “Sumqayıt”ın qol ümidi Aleksandr Ramalinqom cavablandırıb:

“İndidən vəsiqə barədə danışmaq doğru deyil. Cəmi 13 tur geridə qalıb.

İnsan hansısa şeyi həddindən çox istəyəndə, bəzən ona çata bilmir. Bunu öz təcrübəmdə görmüşəm.

Ona görə də oyundan-oyuna baxırıq, hazırlaşırıq. Sona qədər mübarizə aparacağıq, görək yekunda necə olacaq.

Məqsədimiz finişdə turnir cədvəlinin maksimum pillələrindən birində başa vurmaqdır.

Avrokuboklara getmək istəyən komandanın üzvləri sözünü meydanda deməlidir, müsahibədə yox. Bacardığımızın ən yaxşısını edəcəyik”.

“Sumqayıt” Premyer Liqanın 14-cü turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “İmişli”ni qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti