“Mən onların gözü qabağında qol vurmaq istəyirəm”

7 Dekabr 23:45 Sumqayıt 93
“Mən onların gözü qabağında qol vurmaq istəyirəm”

“Məhz bu üstünlükdən yararlanmaq istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın forvardı Aleksandr Ramalenqom deyib.

“Kimyaçılar” Premyer Liqanın 14-cü turunda “İmişli”ni qonaq edəcəksiz. Maqadaskarlı legioner mövsümün sürpriz komandası ilə görüşdə nəyə ümid edir?

Onu dinləyək:

“Çətin oyun olacaq. Düzdür, hər matçın özünə görə çətinlikləri var.

Lakin “İmişli” müdafiədə inamlı, hücumda təhlükəli görünməklə istədiyi nəticəni qazana bilir. Sumqayıtda, doğma azarkeşlərimizin önündə oynamağımız bizim üçün üstünlük sayıla bilər.

Mən onların gözü qabağında qol vurmaq, qələbədə pay sahibi olmaq istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!