Saşa İliç Şamaxıda prezidentin diqtəsi ilə bu addımı atıb? - YENİ DETALLAR

6 Dekabr 2025 21:00 Sumqayıt 966
Saşa İliç Şamaxıda prezidentin diqtəsi ilə bu addımı atıb? - YENİ DETALLAR

Premyer Liqanın arxada qalan 13-cü turuna damğa vuran olay Şamaxıda yaşandı.

Hadisələrin mərkəzində isə "Sumqayıt"ın baş məşqçisi Saşa İliç dayanırdı.

Serbiyalı komandasının bərabərlik qolundan sonra "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasova tərəf xoş olmayan jestlər etdi və bir anda aləm bir-birinə dəydi.

Alovlanan odu da məhz elə əcnəbi mütəxəssis özü söndürdü deyə bilərik.

Matçdan dərhal sonra həm ictimaiyyətdən, həm də baş məşqçi Ayxan Abbasovdan üzr istəməklə.

Öncə mətbuat önünə çıxdı, ardınca şəxsən həmkarına yaxınlaşıb dil-ağız etdi.

İddialara görə Saşa rəhbərliyin diqtəsi ilə bu addımı atıb.

Məsələni bir qədər araşdırdıqda yeni bilgilər əldə etmiş olduq.

İlk başdan deyək ki, deyilən kökündən yanlışdır. Təşəbbüs elə əcnəbi mütəxəssisin özündən gəlib.

Belə ki, İliç matçdan dərhal sonra paltardəyişmə otağında kollektivlə qələbəni qeyd etmədən mətbuat konfransına getmək istəyini bildirib.

Yeni qaydalarla bunun qadağan olmasını öyrənincə brifinq keçirməyi xahiş edib.

"Sportinfo"nun əməkdaşının da iştirak etdiyi brifinqdə çalışdırıcı üzrxahlıq etmək istəyini dilə gətirib.

O, əməlindən o qədər peşman olub ki, jurnalistlər önündə günahını etiraf etməklə sakitləşməyib.

Davamında şəxsən özü həmkarı Ayxan Abbasova yaxınlaşıb.

Rəqib baş məşqçinin əlini sıxıb, olanlara görə üzrxahlıq edib.

Məsələ beləcə çox da şişmədən qapanmış olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?