"Qorxmurdum, bu vəziyyətdən qaça biləcəyimizi bilirdim"

9 Dekabr 17:00 Sumqayıt 64
"Qorxmurdum, bu vəziyyətdən qaça biləcəyimizi bilirdim"

"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vasqes Ölkə Kubokunun 1/8 final mərhələsində "Difai"ni məğlub etdikləri matçdan (3:1) sonra Sportinfo.az-a müsahibə verib.

- Oyun barədə nələr deyə bilərsən?

- Biz öz oyunumuzu oynamağa çalışdıq, lakin matçı erkən bitirə biləcək bir neçə fürsəti əldən verdik. Bununla belə, vacib olan növbəti mərhələyə yüksəlməyimizdir.

- 1:1 olanda kubokdan vidalaşmaq qorxusu yaşadın?

- Qorxmurdum, amma bu vəziyyətdən qaça biləcəyimizi bilirdim. Komanda yaxşı cavab verdi və biz qələbəni təmin etdik.

- Növbəti rəqib "Zirə"dir. Titul şanslarını necə görürsən?

- Ən yaxşı şəkildə hazırlaşmağa davam edirik. Bu, hədəfimizə doğru irəliləmək üçün iki çox vacib qarşılaşma olacaq.

- Qarşıdan "İmişli" ilə oyun gəlir. Gözləntilərin nədir?

- Asan matç olmayacaq, amma evdə oynayırıq. Nəticələr baxımından yaxşı çıxış edirik, ona görə də eyni şəkildə davam etməliyik.

- İlk oyunda texniki qələbə ilə məğlubiyyətdən xilas olmuşdunuz. Bu dəfə meydana həm də həmin məğlubiyyətin təsadüf olduğunu sübut etmək üçün çıxacağınızı demək olar?

- Meydançaya çıxıb əlimizdən gələni edəcəyik. Mən buna əminəm. Biz çox yaxşı oynayırıq və çox çalışırıq. Biz yaxşı formadayıq və bu 3 xalı evdə saxlamaq üçün mübarizə aparacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti