Məlum olduğu kimi, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
Bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna səbəb A.Abbasovun Premyer Liqanın 13-cü turunda “Sumqayıt”la keçirilən matçda rəqib baş məşqçi ilə mübahisə etməsi olub.
Belə ki, oyunun 88-ci dəqiqəsində o, rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə alıb. Buna görə çalışdırıcı 1 oyunluq cəzalanıb və 2000 manat cərimə edilib.
“Sumqayıt” baş məşqçisi Saşa İliç də cəzasız qalmayıb.
O, rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” isə 10 min manat cərimələnib.
Bu hadisəyə klubların münasibəti fərqlidir. “Şamaxı“ 2000 manatı Abbasovun maaşından kəsməyəcək, öz büdcəsindən ödəyəcək.
“Sumqayıt“ isə əksinə. Serbiyalı mütəxəssis emosinal hərəkətin ağırlığını öz cibində hiss edəcək.
On min manat onun məvacibindən hissə-hissə tutulacaq. Çünki daxili nizam-intizam kodeksinə görə, səbəbsiz yerə qırmızı vərəqə alan məşqçi və futbolçular cərimələnir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

