"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 1/8 final mərhələsində "Difai"ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlməkləri haqda danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının oyunundan razı qalmadığını deyib:
"Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz".
O, gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərə bilməməsinə toxunub:
"Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu.
Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır".
S.İliç AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına münasibət bildirib:
"Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, 2 oyunluq cəza kifayət edərdi".
O, sonda Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovla arasındakı mübahisədən də söz açıb:
"Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim.
Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra "Şamaxı"nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik".

