Dalaşan baş məşqçilərlə bağlı müəmmaya aydınlıq gəldi - SƏBƏBi varmış

17:00 Sumqayıt 126
Dalaşan baş məşqçilərlə bağlı müəmmaya aydınlıq gəldi - SƏBƏBi varmış

Premyer Liqanın 13-cü turunda keçirilən "Şamaxı" - "Sumqayıt" görüşü qalmaqalla yadda qaldı.

Qonaqların bərabərlik qolundan sonra Saşa İliçin qol sevinci Ayxan Abbasovun haqlı narazılığına səbəb oldu.

Tərəflər arasındakı gərginlik sonda hər iki çalışdırıcının qırmızı vərəqə alması ilə yekunlaşdı.

Bura qədəri hər kəsə məlumdur.

Məlum olmayanı isə oyun sonrası mətbuat konfransında baş məşqçilərin iştirak etməməsi oldu.

Halbuki əvvəlki illərdə belə vəziyyətdə qırmızı vərəqə alan məşqçilər media önünə çıxırdı. Cəza isə növbəti görüşdən qüvvəyə minirdi.

Bəs bu dəfə eyni proses niyə fərqli icra olundu?

Səbəbsiz deyilmiş...

Bu mövsümdən Premyer Liqanın əsasnaməsində dəyişiklik edilib.

Daha qırmızı vərəqə alan baş məşqçilər cəzanın açıqlanmasını gözləməyəcək.

Elə meydandan qovulduqları görüş sonrası mətbuat önünə çıxışları qadağan edilib.

Açıqlanacaq cəza da məhz həmin matçdan hesablanacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti