Millinin yarımmüdafiəçisi Premyer Liqa klubunu ÜZDÜ

4 Dekabr 2025 20:40 Sumqayıt 3 362
Millinin yarımmüdafiəçisi Premyer Liqa klubunu ÜZDÜ

Xəbər verdiyimiz kimi, "Sumqayıt" heyətini Emil Mustafayevlə anlaşıb.

"Polissya”ya məxsus oyunçu ilə bütün detallarda həftələr öncədən razılıq əldə olunub.

Amma yarımmüdafiəçi hələ də "Kimyaçılar"a qoşula bilmir.

Səbəb hazırda Ukraynada davam edən müharibədir.

18-60 yaş arası kişilərin ölkəni tərk etməsi qadağandır.

Emilin cəhdləri bir fayda vermir.

Oyunçu "Sumqayıt" rəhbərliyi ilə son söhbətində problemin erkən bitməyəcəyini bildirib.

O, ən yaxşı halda yanvar ayında Azərbaycana gələn biləcəyini sözlərinə əlavə edib.

Çarəsiz durumda qalan "Sumqayıt" rəhbərliyinin isə gözləməkdən başqa çarəsi yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!