"Bu cür davam etsək, Konfrans Liqasında oynayacağıq"

3 Dekabr 2025 16:20 Sumqayıt 1 183
"Bu cür davam etsək, Konfrans Liqasında oynayacağıq"

“Ambisiyalarımız böyükdür. Avropada oynamaq istəyirik.

Bu cür davam etsək, əminəm ki, Konfrans Liqasında oynayacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın serbiyalı legioneri Aleksa Yankoviç deyib.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XIII turunda səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışıb:

“Bu üç xal bizim üçün çox vacib idi, çünki irəliləmək və Avropa kuboklarına vəsiqə uğrunda mübarizə aparmaq istəyirdik. İlk növbədə komandamızı təbrik edirəm.

Belə bir səfərdən 3 xalla qayıtdığımız üçün sevincliyik. Düşünürəm ki, ilk hissədən “Şamaxı”dan daha yaxşı oynayırdıq.

Qol buraxanda da yenə eyni şəkildə irəli gedirdik və iki qol vurub qələbə qazandıq. Ən vacib olan budur. Artıq növbəti oyunlara baxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!